Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:09

Türkiyədə fəallara 15 ilədək cəza istənilib


İdil Eser

Türkiyədə prokurorlar 10 fəala 15 ilədək həbs cəzası istəyib. Həmin qrupda «Amnesty International» insan haqları təşkilatının Türkiyədəki liderləri də var.

«İttihamnamə ikibaşlı ifadələrdən və yalanlardan ibarətdir, Türkiyə ədliyyə sistemindəki qüsurları əks etdirir», – «Amnesty»nin Avropa direktoru John Dalhuisen deyib.

Təqsirləndirilənlər içində bir almaniyalı da var. Almaniya iyulda fəalların saxlanmasını «izah olunmaz» adlandırmışdı.

Fəallara «Amnesty Türkiyə»nin direktoru İdil Eser, Türkiyə sədri Taner Kılıç, bir neçə tanınmış türkiyəli fəallar, bir alman və bir isveçli daxildir.

Onlar silahlı terror qrupuna kömək etməkdə, cəmiyyətdə xaos yaratmağa çalışmaqda ittiham olunurlar. «Doğan» xəbər agentliyinin məlumatına görə, prokuror onlara 7 il yarımdan 15 ilədək həbs cəzası istəyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG