Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 07:21

6 nəfərə inzibati cəza verildiyi deyilir (Yenilənib)


Oktyabrın 7-si (2017) Milli Şura Bakıda mitinq keçirib.
Oktyabrın 7-si (2017) Milli Şura Bakıda mitinq keçirib.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) mitinqöncəsi saxlandığı bildirilən fəallarla bağlı məlumat yayıb.

Məlumatda vurğulanır ki, mitinqdən əvvəl saxlananlardan 6 nəfər inzibati qaydada həbs edilib. Onlardan bir nəfər 30, bir nəfər 10, qalan 4 nəfər 25 sutka inzibati cəza alıb.

Yalçın Abdullayevin, Ramil Nağıyevin, Ruslan Nəsirovun, Məhhərrəm Rzayevin, 25, Cabbar Savalanlının 10, Füzuli Hüseynovun isə 30 sutka inzibat cəza aldığı bildirilir.

AXCP-nin bu açıqlamasını rəsmi qurumlardan dəqiqləşdirməkmümkün olmayıb.

***

Milli Şuranın dünən, oktyabrın 7-si keçirdiyi mitinqindən əvvəl inzibati qaydada həbs edilənlər var.

Bunu AzadliqRadiosu-na vəkil Əsabəli Mustafayev deyib.

Ancaq vəkil dəqiq say göstərməyib. O, daha dəqiq məlumatın oktyabrın 9-da bilinəcəyini qeyd edib.

Əsabəli Mustafayev bildirib ki, Füzuli Hüseynov 30 sutka, Sumqayıtdan Cabbar Savalanlı 10 sutka, Yalçın AbdullayevRuslan Nəsirov isə 25 sutka cəza alıblar:

“Cəbhəçi Məhərrəm Rzayev saxlanılsa da, hələ, neçə sutka cəza aldığı bilinmir”.

Buna da bax:​ Milli Şura Bakıda mitinq keçirdi (Foto, Video. Yenilənir)

Vəkilin bu açıqlamasına, hələlik, Daxili İşlər Nazirliyi və məhkəmələrdən münasibət almaq mükün olmayıb. Gənclərin nədə ittiham edildiyi bilinmir.

Mitinq zamanı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli isə demişdi ki, ümumilikdə 200-ə yaxın fəal polisə çağırılıb. Onlardan bəziləri saxlanıb.

Ancaq mitinqdə səslənən bu açıqlamaya da hüquq mühafizə orqanlarından aydınlıq gətirmək mümkün olmamışdı.

Xatırlatma

Dünən, oktyabrın 7-si Milli Şura Bakıda mitinq keçirib. Aksiya Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) ilə də razılaşdırılıb.

Buna da bax: Müsavat da etiraz aksiyasına qərar verib

Aksiyada “Talana yox”, “istefa” kimi şüarlar səslənib. Mitinqdə çıxış edən Milli Şuranın rəhbərliyi hakimiyyəti sərt tənqid ediblər.

Onlar deyiblər ki, hakimiyyətin neft siyasəti xalqın yox, bir ailənin mənafeyinə xidmət edib.

Aksiyadan sonra hakim Yeni Azərbaycan Partiyasının üzvi, deputat Nizami Cəfərov AzadlıqRadiosu-na həmin fikirləri belə dəyərləndirib.

“Bizim müxalifətin hərdən elə yersiz iddiaları olur. Azərbaycanda neft siyasətinin nəticəsi bugünkü Azərbaycandır, bugünkü Azərbaycanın inkişafıdır, onun iqtisadi, siyasi, mədəni inkişafıdır. Bunlar göz qabağındadır. Ona görə də onların verdiyi şərhlər əvvəlcədən düşünülmüş, guya problem yaratmağa istiqamətlənən mənasız söz-söhbətdir”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG