Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 08:46

Müsavat Partiyası etiraz yürüşü keçirməyə qərar verib. Aksiya oktyabrın 21-nə planlaşdırılır.

Bu haqda partiyanın məlumatında bildirilir.

Məlumatda yazılır ki, aksiya ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət göndərilib.

Yürüşdə “Qarabağa azadlıq!”, “Siyasi məhbuslara azadlıq!”, “Xalqdan oğurlanan milyardlar geri qaytarılsın!”, “Sərbəst toplaşmaq azadlığı təmin edilsin!” və başqa şüarların səsləndirilməsi planlaşdırılır.

Buna da bax:​ Həsrət Rüstəmov işdən çıxarıldığını deyir

Xatırlatma

Digər müxalif birlik - Demokratik Qüvvələrin Milli Şurası da sentyabrdan Bakıda etiraz aksiyalarının keçirilməsinə qərar verib. Sentyabrın 23-də “Talana yox” şüarı ilə qurumun ilk aksiyası keçirilib.

Milli Şuranın növbəti mitinqi də şəhər rəhbərliyi ilə razılaşdırılıb.

Prezident İlham Əliyev oktyabrın 4-ü Avropa Birliyi Şurasının nümayəndə heyətini qəbul edərkən müxalifətin keçirdiyi mitinq məsələsinə də toxunmuşdu. O demişdi ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı qorunur:

“Həmin mitinqlərdə min nəfərə yaxın insanın iştirakı isə digər bir məsələdir. Bunlar əsasən partiyaların üzvləri və onların qohumlarıdır. Yəni, bu mitinqlər normal, adi vətəndaşları cəlb etmir və burada bizim günahımız yoxdur. Həmin mitinqlər şəhərin mərkəzində, metro stansiyasının yaxınlığında keçirilir, heç bir məhdudiyyət qoyulmur və sonuncu mitinq isə, zənnimcə, bir həftə əvvəl baş tutub”.

Buna da bax: E.Sabiroğlu: 'Oğlumu sındırmaq istəsələr də...'

Müxalifət isə bəyan edir ki, hakimiyyət hər mitinq öncəsi fəallara basqıları gücləndirir. Bununla aksiyaya daha az insanın qatılmasına çalışırlar.

Üstəlik, hakimiyyət rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər konkret törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

Hakim Yeni Azərbaycan Partiyasının funksionerləri isə müxalifət partiyalarının liderlərinin özlərini korrupsiyada ittiham edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG