Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:39

‘Başak-İnam’ın sığorta lisenziyası ləğv edilib


Şəhadətnamə (arxiv fotosu)

Maliyyə Bazarlarına Nəzarət Palatası “Başak-İnam Sığorta Şirkəti”nin lisenziyasını ləğv edib. Qərarı Palatanın Direktorlar Şurası oktyabrın 6-da verib.

Bu haqda Palatanın press-relizində bildirilir.

Palata qeyd edir ki, “Başak-İnam Sığorta Şirkəti”nin məcmu kapitalı qanunvericiliklə müəyyən olunmuş səviyyədən aşağı olub.

Palata “Başak-İnam Sığorta Şirkəti”nə müvəqqəti inzibatçısı təyin edib.

Buna da bax:​ Yağışda avtomobili batanların ziyanını kim ödəməlidir? [video]

Palatanın Direktorlar Şurası həmçinin, daha bir neçə sığorta şirkətinin lisenziyasını ləğv edib.

“Nikoyl Lizinq Kompaniyası”nın, “Atəşgah Sığorta Agentliyi”nin və “İnteqral” Qapalı Səhmdar Cəmiyyətinin lisenziyalarının onların özlərinin könüllü müraciətləri əsasında ləğv edildiyi bildirilir.

Palata eyni zamanda "Sizin sığorta brokeri" və "Avand Sığorta Brokeri" MMC-lərə sığorta brokeri fəaliyyətindən ötrü müddətsiz lisenziyalar verib.

“Başak-İnam Sığorta Şirkəti”nin, hələlik, palatanın qərarına münasibətini öyrənmək mümkün olmayıb.

Buna da bax: Azərbaycanda sığorta sistemi necə işləyir? [video]

Maliyyə Bazarlarına Nəzarət Palatasının son iki ildə ölkədə bir neçə sığorta şirkətinin və yüzlərlə fiziki şəxsin lisenziyasını əlindən alıb. Buna səbəb kimi onların hesabat verməmələri, öhdəlikləri yerinə yetirə bilməmələri əsas göstərilirdi.

2015-ci ildə baş verən devalvasiyalardan sonra həm bəzi sığorta şirkətləri, həmdə banklar ziyan görüb. Ötən il 11 bankın da lisenziyası ləğv edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG