Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:31

Azərbaycanda sığorta sistemi necə işləyir? [video]


Prezidentə və 1-ci vitse-prezidentə 'Turan'la bağlı müraciət edildi
Gözlə

No media source currently available

0:00 0:14:56 0:00

Prezidentə və 1-ci vitse-prezidentə 'Turan'la bağlı müraciət edildi

"Ömrü boyu işləyib, bir ev tikəsən, bir gecənin içində sel apara, ya da yanıb kül ola".

Qərbdə belə hadisələr baş verəndə, sığorta şirkətləri irəli durur, sığortalanmış əmlakın pulunu ödəyir.

Azərbaycanda daşınmaz əmlakın sığortası sistemi necə işləyir?

Buna da bax:​ Əmlakı sığortalayanlar azalır

İqtisadi və Sosial İnkişaf Mərkəzinin araşdırmaçısı Rəşad Həsənov deyir ki, "İcbari sığortalar haqqında" qanuna görə, daşınmaz əmlak da avtomobil kimi icbari sığorta olunmalıdır. Amma əhalinin çox az hissəsi qanuna əməl edib, əmlakını sığorta etdirir.

"Sığorta daha etibarlı yaşamı təmin edir. Bəzən insanlar 20-30 il çalışır, kiçik texniki səhv, qəza nəticəsində hər şeyi itirir. Bu isə ailənin növbəti illərdəki sosial yükünü artırır".

Buna da bax:​ 'Nə qazanırsan ki, nə də sığorta olunasan?'

Rəşad Həsənov
Rəşad Həsənov

Rəşad Həsənov deyir ki, sığorta bazarının dirçəlməsi ümumilikdə iqtisadiyyatın da inkişafına təkan verərdi.

Ölkədə sığorta bazarına nəzarət edən qurum Maliyyə Bazarlarına Nəzarət üzrə Dövlət Palatasıdır.

AzadlıqRadiosu, ölkədə nə qədər əmlakın sığortalandığını öyrənmək üçün bu quruma sorğu göndərsə də, hələ ki, cavab ala bilməyib.

Buna da bax: "Maşın bazarı"nda 930 kvadratmetr ərazi yanıb [VİDEO]

Bəs vətəndaşlar öz əmlaklarına biganədirlərmi? Daşınmaz əmlakın sığorta etdirilməməsinin səbəbi nədir? Necə olur ki, adamlar öz əmlaklarını sığorta etdirmirlər? Məsələn, keçən ilin iyununda Bakıda maşın bazarı yananda sahibkarlar öz əmlaklarını niyə sığortalamadıqlarını əsasən iki səbəblə izah edirdilər: sığorta şirkətlərinə inamsızlıq, və sığorta şirkətlərinin əmlakı sığortalamaq istəməməsi:

"69 yaşım var. İndiyə kimi nə yığmışdım yandı. Yalvardıq, sığorta şirkəti bu dükanları sığortalamadı. Dedi ki, yanğın standartlarına uyğun deyil.

İnanmıram sığortaya. Bilirəm ki, başıma bir iş gələsi olsa, mənə heç kim heç nə verəsi deyil".

Buna da bax:​ Zavallı Azərbaycan kəndlisi də aqrar sığorta görəcəkmi?

Rəşad Həsənov deyir ki, sığorta şirkətləri də özlərini sığortalamalıdırlar və onlar təhlükəsizlik standartlarına uyğun olmayan tikililəri sığortalamaqdan haqlı olaraq qaçırlar:

"Hökumət həm də gərək sığorta şirkətlərinə inam yaratsın, vətəndaşlara problem yaradan sığorta şirkətlərinə sanksiyaları gücləndirsin".

Biz Bakı sakinlərinin də fikirlərini soruşmuşuq, onlar əmlaklarını sığorta etdirirlərmi?

'Evimi sığorta etdirmək ağlıma gəlməyib' [Sorğu]
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

Sosial və İqtisadi İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov deyir ki, sığortalamadan qaçmanın bir neçə səbəbi var. Hökumət özü sanki bu qanunun icrasına önəm vermir, xüsusilə də regionlarda icbari sığortalanmaya sərt yanaşmır.

Onun sözlərinə görə, hazırda avtomobil sığortasının tətbiqinin qaydaları – sığortalanmamış avtomobillərin cərimələnməsi, illik texniki baxış zamanı sığorta şəhadətnaməsini tələb etməsini daşınmaz əmlak sığortasına da tətbiq edə bilər.

Buna da bax:​ Avtomobil sığortası bazarı kiçilib

Rəşad Həsənov deyir ki, əhalinin gəlirləri azaldıqca, ev-eşiyini sığortalayanların azalma ehtimalı yaranır:

"Əhalinin gəlirləri yüksəkdirsə, sığorta xərcləri ayıra bilir. Regionlarda gəlirlər aşağıdır. İnsanlar sığorta vəsait ayıra bilmirlər".

Hazırda “Azərsığorta” şirkətinin saytındakı məlumata görə, paytaxtda vətəndaş illik 50 manat sığorta ödəyərsə, sığorta hadisəsi baş verəndə şirkət ona 25 min manat ödəyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG