Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 01:12

Azərbaycanda pambıq qəbulu məntəqələrinə oktyabrın 4-dək 57 min 179 ton məhsulun təhvil verilib.

Dövlət Statistika Komitəsinin məlumatında belə yazılır.

Rəsmi rəqəmlərə görə, havaların yağışlı keçməsinin fonunda pambıq toplanmasında kəmiyyətin azalması müşahidə olunur. Ötən yağmurlu gündə rayonlarda 624,92 ton pambıq tədarük olunub.

Halbuki, əvvəlki günlərdə bu rəqəm adətən 1000 tondan artıq olub.

Buna da bax:​ Azərbaycan 140-a yaxın pambıqyığan kombayn alır

Dövlət Statistika Komitəsi bildirir ki, sentyabrın 27-si 4 min 331,12, sentyabrın 28-i 2 min 685,49 ton pambıq tədarük olunub. Sentyabrın 29-da isə 1240 ton pambıq tədarük olunub.

Rəsmi rəqəmlərə görə, oktyabrın 1-də 4 min 426,81 ton pambıq toplanıb.

Ölkə üzrə pambıq tədarükündə Saatlı rayonu liderdir.

Xatırlatma

2016-cı ildən başlayaraq pambıqçılığın inkişaf etdirilməsi hökumətin əsas diqqət ayırdığı sahələrdən birinə çevrilib. Hökumət bu sahəni inkişaf etdirməklə həm yeni iş yerlərinin açılmasını, həm də ölkəyə valyuta axınını artırmağı düşündüyünü bəyan edib.

Buna da bax: Ağcabədili: ‘Prezidentimiz dedi... 4 hektar pambıq əkdim’

Ölkə başçısı bu ilki çıxışlarından birində demişdi ki, 2017-ci ildə pambıqçılıqda 200 mindən çox insan işlə təmin olunacaq.

2016-ci ildə Azərbaycanda 52 min 57 ha sahədə pambıq əkilmişdi. Bu, 2015-ci ilin analoji göstəricisindən 33 min 373 hektar çox idi.

2017-ci ildə isə Azərbaycanda 136 min 413,2 hektar sahədə pambıq əkilib. Ən çox pambıq Saatlıda əkilib - 17 min 220 hektar.

Bəzi ekspertlər hökumətin pambıqçılığın inkişafına xüsusi diqqət ayırmasını perspektivsiz hesab edirlər. Onlar deyirlər ki, pambıqçılığın neftlə müqayisədə əziyyəti çox, gəliri isə azdır. Üstəlik, onlar deyirlər ki, pambıqçılıq ölkədə heyvandarlığa ağır zərbə vurub. Bundan sonra ölkədə ət idxalı artıb.

Əkin sahələri artsa da son illər məhsuldarlığın hər hektara görə aşağı düşdüyü də söylənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG