Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:35

Banklarda əmanətlər azalıb


Bağlanmış banklardan biri - Zaminbank. 20sent2016

Azərbaycanda fəaliyyət göstərən 31 bankın aktivləri sentyabrın 1-i 29 mlrd. 491 milyon manata bərabər olub.

Maliyyə Bazarlarına Nəzarət Palatasının yeni açıqlanmış hesabatında belə yazılır.

Bankların aktivləri azalıb

Hesabata görə, aktivlər azalıb. 31 bankın aktivləri ilin əvvəli ilə müqayisədə 1 mlrd. 947 milyon manatdan çox (6,2 faiz) azalıb.

Bankların öhdəliklərinə gəlincə, bu kateqoriyada da azalma olub.

Buna da bax:​ Bank əmanətləri bir ayda 190 milyon azalıb

Bankların öhdəliklərinin ümumi məbləği 26 mlrd. 568200 min manat olub. Azalma 2 mlrd. 962500 min manat təşkil edib.

Bankların kapitalı 2 mlrd. 923 milyon manat olub ki, bu göstəricinin ilin əvvəlindən 53,2 faizi çox olduğu bildirilir.

Əmanətlərin həcmi...

Banklarda əhalinin əmanətlərinin həcmi göstərilən tarixədək 6 mlrd. 871 milyon manat olub.

İlin əvvəli ilə müqayisədə əmanətlər 560 milyon 400 min manat (7,5 faiz) azalıb.

Buna da bax: Əmanətlərdə faiz dərəcəsi azalıb, kreditlərdə artıb

Hesabatda kommersiya banklarının Mərkəzi Banka (MB) olan borclarından da bəhs edilir. Borcun da azaldığı bildirilir. İlin əvvəlində MB-yə borc 1 mlrd. 695 milyon manatdan çox olub.

Hesabat dövründə bankların ümumilikdə 350 milyon 300 min manat mənfəət əldə etdiyi qeyd edilir.

Banklarda çalışanlar...

Hesabata görə, ilin əvvəlindən bank əməkdaşlarının sayı 780 nəfər azalıb.

Avqustun 31-də bankların əməkdaşlarının sayı 16 min 167 nəfər olub. Halbuki ilin əvvəlində bu göstərici 16 min 947 nəfəri əhatə edib.

Buna da bax:​ 'Bankların zərəri elan olunandan 2 dəfə çoxdur'

Bankların filiallarının sayı da azalıb. Filialların ümumi sayı 560 olub. Bu göstəricidə ilin əvvəlinə nisbətən 9 filial azdır.

Bank şöbələrinin sayı 131-dən 142-yə, bankomatların sayı 2 min 461-dən 2 min 495-ə qədər artıb.

2015-ci ilin sonunda ölkədə 42 bank olub. Ötən il onlardan 11-i bağlanıb. Bu onların öhdəlikləri yerinə yetirə bilməmələri ilə izah edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG