Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 17:15

Kimya üzrə Nobel mükafatçıları bəlli oldu


Jacques Dubochet, Joachim Frank və Richard Henderson

Bu il Kimya üzrə Nobel mükafatı isveçrəli Jak Dyuboşe, əslən almaniyadan olan amerikalı Yoakim Frank və britaniyalı Ricard Hendersona (Jacques Dubochet, Joachim Frank and Richard Henderson) verilib.

Onlar bu mükafata yüksək həll olan molekulların strukturunu müəyyən etmək üçün krioelektron mikroskopiyanın araşdırılmasına görə layiq görülüblər.

Nobel komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, onların tədqiqatları biomolekulların görünüşünü yaxşılaşdırmağa kömək edir.

Ötən il kimya üzrə Nobel mükafatı Jan-Peru Sovaj, Bernard Ferinq və Frezer Stoddart-a verilib.

Onlar bu mükafata molekulyar maşınların inkişafı və sintezinə görə layiq görülüblər.

Bundan əvvəl tibb və fizika sahələri üzrə mükafatçılar bəlli olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG