Oktyabrın 4-ü Bakı və Abşeron yarımadasında yağış yağacağı bildirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 11-13, gündüz 14-16, Bakıda gecə 11-13, gündüz 14-16 dərəcə isti olacaq.
Azərbaycanın əksər rayonlarında da yağış yağacağı bildirilir. Bəzi yerlərdə yağıntının leysana, dağlıq ərazilərdə isə qara keçəcəyi ehtimal edilir. Gecə 7-12, gündüz 14-17, dağlarda gecə 2-5, gündüz 5-9 dərəcə isti təxmin edilir.
Son günlər Azərbaycanın dağlıq ərazilərinə qar yağması davam edir.