Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 01:16

ABŞ Kuba səfirliyində ixtisar istəyir


Havanada ABŞ səfirliyi

ABŞ xəbər agentliklərinin məlumatına görə, Birləşmiş Ştatlar Kuba səfirliyinin əməkdaşlarının 60 faizinin ölkədən çıxarılmasını istəyir.

«The Associated Press» və «Reuters» xəbər agentlikləri Konqresdəki mənbələrə istinadla oktyabrın 2-də yazıblar ki, Kuba səfirliyi əməkdaşlarının çıxarılması oktyabrın 3-də səhər elan oluna bilər.

Vaşinqton Havanadakı diplomatik heyətini də ixtisar edir. ABŞ Dövlət Departamenti sentyabrın 29-da bildirib ki, Kubadakı diplomatik personalını 60 faizədək azaldır. Səbəb 21 işçinin başına gələn qəribə insidentlərdir.

Havanadakı səfirlik açıq qalacaq, fövqəladə xidmətlər göstərəcək. Ancaq rutin viza verilməsi prosesi dayandırılacaq.

ABŞ-ın Federal Təhqiqat Bürosu (FBI) səfirlik əməkdaşlarının başına gələnlərin – eşitmə qabiliyyətinin itməsi, başgicəllənmə, qulaqda səs, başağrısı, yorğunluq və zehni problemlərin səbəbini tapmağa çalışır. Bu sağlıq problemləri bir ildir başlanıb, sonuncu hal avqustda qeydə alınıb.

İki ölkə diplomatik münasibətləri 50 ildən sonra, 2015-ci ildə bərpa edib. O vaxtdan ABŞ-dan adaya turist axını güclənib.

Günün bütün mövzuları

XS
SM
MD
LG