Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyul, çərşənbə, Bakı vaxtı 07:15

Sentyabrın 29-u ABŞ Dövlət Departamentinin Qafqazla Əlaqələr və Regional Münaqişələr Şöbəsinin rəhbəri Alisia Allison Salyan rayonunda olub.

Onu ABŞ səfirliyinin ictimai əlaqələr şöbəsinin rəhbəri Karolayn Səvic müşayiət edib.

Qonaqlar Salyan Amerika Mərkəzinin açılışında iştirak ediblər. Açılış mərasimində Salyan rayon İcra Hakimiyyətinin və başqa rəsmi qurumların nümayəndələri iştirak edib.

Mərkəz Salyan Mərkəzi Kitabxanasında yerləşir.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, onlar kitabxananın dil təlimi və təhsil proqramlaşdırılmasından ötrü nəzərdə tutulmuş güşəsinə yeni materiallar təqdim edib.

Xanım Səvic güşədə təqdim olunan proqramları və yerli məktəblilərin gələcək planlarını müzakirə etməkdən ötrü onlarla görüşüb.

Amerika Güşəsi proqramına Azərbaycan Dillər Universitetində yerləşən Bakı Amerika Mərkəzi, güşənin Gəncə, Kürdəmir, Salyan və Xaçmaz şəhərlərində yerləşən regional filialları daxildir.

Bu mərkəz və güşələr ingilis dilini təkmilləşdirmək, Birləşmiş Ştatlar barədə məlumat əldə etmək, təhsil, mübadilə proqramları haqqında daha ətraflı öyrənməkimkanlarını yaradır. Güşələr, həmçinin, mühazirələr, danışıq klubları, hər bir icma numayəndəsindən ötrüpulsuz internet və bir sıra başqa fəaliyyətlərini də təqdim edir.

ABŞ Dövlət Departamentinin Qafqazla Əlaqələr və Regional Münaqişələr Şöbəsinin rəhbəri Alisia Allison sentyabrın 28-də Azərbaycana gəlib.

Bu vəzifəyə yeni təyin olunan A. Allisonun Azərbaycana səfərinin tanışlıq xarakteri daşıdığı bildirilir.
Alisia Allison bundan öncə Dövlət Departamentinin Xarici Xidmət İnstitutunda çalışıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG