Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 22:24

Prezidentin oğlu "fəxri məşqçi" oldu


Serdar Berdymukhammedov

Türkmənistan prezidentinin oğlu Serdar Berdymukhammedova “fəxri məşqçi” adı verilib.

Hərçənd onun məhz hansı idman növü üzrə fəxri məşqçi olduğu qeyd olunmayıb.

Türkmənistanın hökumət saytı bildirir ki, bu ad prezidentin oğluna parlamentin iclasında verilib.

Onunla yanaşı, bu adı və “fəxri atlet” adını alan onlarla şəxsin hamısının aid olduqları idman növü qeyd olunub.

Prezidentin oğlu fəxri məşqçi adına Türkmənistan idmanını beynəlxalq aləmdə tanıtmağına görə alıb.

Fəxri atlet və fəxri idmançı adları Türkmənistanda sentyabrın 7-27-i keçirilən Asiya Zal və Döyüş Sənəti oyunlarında Türkmənistan idmançılarının uğurlu çıxışına görə verilib.

60 yaşlı ölkə prezidenti Gurbangulu Berdymukhammedovun böyük oğlu Serdar hazırda parlamentin deputataıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG