Çinin “Alibaba” şirkəti Rusiya bazarında yeni “Tmall” ticarət internet-meydançası açıb.
Bu barədə sentyabrın 28-də TASS və digər Rusiya agentlikləri məlumat yayıblar.
Agentliyin yazdığına görə, artıq xidmət sentyabrın 28-dən test rejimində işləyir,tam şəkildə isə oktyabrın ortalarından işə düşəcək.
“Tmall Rusiyada AliExpress platforması daxilində fəaliyyət göstərəcək. Alibaba bu brendi ilk dəfədir ki, Çindən kənara çıxarır”, məlumatda bildirilir.
Yeni internet-meydança ayrıca internet-maqazin və marketpleys kimi fəaliyyət göstərəcək, yəni qeyri-məhdud sayda satıcıları birləşdirəcək.
Mallar isə Alibaba-nın Rusiyadakı tərəfdaş anbarlarından çatdırılacaq.
Ali Express-in Rusiya və MDB ölkələri üzrə direktoru Mark Zavadskiy Rusiyada yeni ticarət brendinin işə düşməsini təsdiqləyib.