Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyul, Cümə, Bakı vaxtı 03:03

Ukrayna prokurorluğu sursat anbarında baş verən partlayışı diversiya sayır


Ukraynanın hərbi prokurorluğu Vinnitsk vilayətindəki sursat anbarında baş verən partlayış və yanğını diversiya hesab edir.

TASS-ın məlumatına görə, bu barədə sentyabrın 27-də Ukrayna təhlükəsizlik xidmətinin mətbuat katibi Elena Gitlyanskaya məlumat verib.

O,cinayət məcəlləsinin 113-cü maddəsi ilə (dversiya) cinayət işi açıldığını bildirib.

İnsidentin baş verdiyi Kalinovka rayonu və ətraf qəsəbələrdən 28 minə yaxın sakin köçürülüb.

​Bundan başqa 50 kilometrlik radiusda hava məkanı bağlanıb, Vinnitsa-Kiyev magistral yolu bağlanıb, qatarların marşurutu dəyişdirilib.

Anbar 60 hektarlıq ərazini əhatə edir və orda 188 ton sursat saxlanır.

Sentyabrın 26-I axşam saatlarında Ukraynanın Vinnitsa şəhəri yaxınlığındakı artilleriya anbarında partlayış və bunun ardınca yanğın baş verib.

Bu anbar Kalinovka kəndində yerləşir.

Günün bütün mövzuları

XS
SM
MD
LG