Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 03:25

İlham Əliyev Angela Merkel-i təbrik edib


Angela Merkel və İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev Almaniyada parlament seçkilərində qələbə çalmaları ilə bağlı xanım Angela Merkel-ə təbrik məktubu ünvanlayıb. Prezident saytı məktubun tam mətnini dərc edib.

Azərbaycan prezidenti yazır ki, bu qələbə xanım Merkel-in həyata keçirdiyi siyasətin Almaniya cəmiyyətində dəstəklənməsinin ifadəsidir:

«Ümidvaram ki, Azərbaycan ilə Almaniya arasındakı dostluq münasibətlərinin, siyasi, iqtisadi və humanitar əlaqələrimizin daha da möhkəmlənməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Almaniya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm».

Ötən bazar, sentyabrın 24-ü Almaniyada parlament seçkiləri keçirilib. Seçkilərdə A.Merkel-in lideri olduğu Xristian Demokratlar İttifaqı/Xristian Sosialistlər İttifaqı alyansı qalib gəlib.

Almaniya parlamentində millətçilər də mandata sahib olur
Gözlə

No media source currently available

0:00 0:02:10 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG