Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Avqust, Cümə axşamı, Bakı vaxtı 21:27

Mina partlayışlarında 523 nəfər həlak olub


Minalanmış ərazi

«1991-ci ildən bu yana Azərbaycanda hərbi sursatlar, mina partlayışları nəticəsində 532 nəfər həlak olub. 2400-dən çox insan müxtəlif xəsarətlər alıb».

Bunu bu gün, sentyabrın 26-sı baş nazirin müavini Abid Şərifov deyib. O, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) - NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun birgə təşkil etdiyi tədbirində çıxış edib.

A.Şərifov vurğulayıb ki, Azərbaycanda iki cür mina və partlamamış hərbi sursat (PHS) problemi mövcuddur:

«Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş ərazilərdə və keçmiş sovet ordusunun tərk etdiyi poliqonlarda».

Tədbirdə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi James Appathurai da iştirak edir.

XATIRLATMA

Artıq 5 ildir ki, Azərbaycan-Gürcüstan sərhədi boyunca ölkənin şimal-qərb hissəsində yerləşən Ceyrançöl ərazisində minalardan təmizlənmə işləri həyata keçirilir.

2011-ci il oktyabrın 4-də Ceyrançöl Təmizləmə Layihəsini NATO rəsmən təsdiq edib. İndi «Ceyrançöl» layihəsinin üçüncü mərhələsi həyata keçirilir. Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu layihəyə maliyyə dəstəyi verir.

Layihənin ikinci mərhələsi isə 2014-cü ildə start götürmüşdü.

ABŞ Azərbaycanda minalardan təmizlənmə işinə ümumilikdə 30 milyon dollar vəsait ayırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG