Keçid linkləri

Təcili xəbərlər
2018, 10 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:32

KTMT ölkələrinin xarici işlər nazirləri Nyu-Yorkda görüşüblər


Sergei Lavrov və Edward Nalbandian

Nyu-Yorkda 6 keçmiş Sovet respublikasının birləşdiyi “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı” (KTMT) ölkələri xarici işlər nazirlərinin işçi görüşü olub.

Rusiya xarici işlər nazirliyinin məlumatına görə, BMT Baş Assambleyasının sesiyası çərçivəsində keçirilən görüşdə, sesiyanın gündəliyində duran əsas məsələlər, həmçininKTMT və BMT-də qarşılıqlı fəaliyyətin əsas istiqamətləri, ilk növbədə terrorçuluq, regional təhlükəsizliyin təmin edilməsi və sülhümühavizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Xarici işlər nazirləri, beynəlxalq terrorçuluğa qarşı mübarizə, dünyada hərtərəfli sülhün bərpası və Əfqanıstandakı vəziyyətlə bağlı 3 bəyanat qəbul ediblər.

Qeyd edək ki, hazırda “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı”-na Ermənistan sədrlik edir.

Bu təşkilata Rusiya, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan və Tacikistan daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG