Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 19:56

Meksikada zəlzələdə 140 nəfər ölüb


Mexikoda xilasetmə işləri

Sentyabrın 19-da Meksikada zəlzələdə 140-dək adam həlak olub.

20 milyon nəfərin yaşadığı Mexiko şəhərində xilasedicilər və könüllülər binaların dağıntıları altından meyitləri çıxarmaqla məşğuldurlar.

Şəhərin meri Miguel Angel Mancera deyib ki, 44 binaya ciddi ziyan dəyib, yaxud dağılıb. Onların içində yaşayış binaları və məktəblər var. Bir neçə yerdə qaz sızması baş verdiyindən yanğın olub.

Yerli medianın yazdığına görə, dağıntılar altında qalanlar qohumlarına mesaj göndərir, kömək istəyirlər.

Yerli rəsmi, əsasən, Mexiko şəhərində azı 138 nəfərin həlak olduğunu bildirib. Burada zəlzələnin gücü 7.1 bal olub.

1985-ci il zəlzələsində Mexikoda 10 min nəfər həlak olmuşdu. O günlərin xatirəsi şəhərdə çaxnaşma aradıb, adamlar küçələrə axışıb.

Elə sentyabrın 19-da səhər Mexiko şəhəri boyunca 1985-ci ilin 19 sentyabrında baş vermiş zəlzələnin ildönümü günü münasibətilə zəlzələdən xilas məşqləri keçirilirdi.

Sentyabrın 7-də 8.1 bal gücündə zəlzələdə isə azı 98 nəfər həlak olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG