Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 17:06

İlham Əliyev Amerika yəhudi qurumları ilə görüşüb


İ.Əliyev

Sentyabrın 18-i prezident İlham Əliyev Nyu-Yorkda Amerika yəhudi təşkilatlarının nümayəndələri ilə görüşüb. Bu haqda prezidentin internet saytı xəbər verir.

Görüşə ABŞ-da fəaliyyət göstərən 7 yəhudi təşkilatının nümayəndələri qatılıblar.

Tərəflər Azərbaycan ilə ABŞ, eləcə də Azərbaycan ilə İsrail arasında yaxşı əməkdaşlıq əlaqələrinin olduğundan danışıblar.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli və Azərbaycanın iqtisadi inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

BMT İSLAHATLARINA DƏSTƏK

Sentyabrın 18-də Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş qərargahında «İslahatlara dair siyasi bəyannaməyə dəstək» adlı yüksəksəviyyəli tədbir keçirilib.

Azərbaycan prezidenti İlham Əliyev də tədbirdə iştirak edib.

Yüksəksəviyyəli tədbirdə ABŞ prezidenti Donald Trump çıxış edib.

BMT-də islahatlara ehtiyacın olduğunu deyən ABŞ prezidenti D.Trump qurumun baş katibi Antonio Guterres-in bu istiqamətdə səylərini yüksək qiymətləndirib. D.Trump vurğulayıb ki, bürokratiya və qeyri-səmərəli idarəçilik BMT-yə tam gücü ilə çalışmağa imkan vermir.

XATIRLATMA

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva sentyabrın 17-si Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə səfər ediblər.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, səfərdə məqsəd BMT Baş Assambleyasının 72-ci sessiyasında iştirak etməkdir.

BMT Baş Assambleyasının 72-ci sessiyası sentyabrın 12-si başlayıb. Sessiyada Afrikanın inkişafı, terrorçuluqla, narkotiklərlə mübarizə, insan haqları və başqa məsələlər müzakirə edilir. Sentyabrın 25-nə kimi davam edəcək sessiyanın son günlərində isə dövlət, hökumət və xarici işlər nazirlikləri başçılarının iştirakı ilə yüksəksəviyyəli ümumi siyasi müzakirələr aparılmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG