Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:08

Cihadçıların arvad-uşaqlarının deportasiyasında yenə Azərbaycanın adı çəkilir


Mosulda uşaqlar

İraq hökuməti İslam Dövləti qruplaşması yaraqlılarının 509 arvadını və 813 uşağını saxlanma mərkəzinə gətirib. Onlar burada İraqdan deportasiyaya hazırlanacaq. Bu qadın və uşaqlar İraq qoşunları Mosulu tutanda saxlanıblar.

Bunu yerli rəsmilər sentyabrın 18-də Frans Press agentliyinə bildiriblər.

Həmin qadın və uşaqlar 13 ölkədəndir.

Aralarında 300 qadın Türkiyədəndir.

Mosul şəhərinin 60 km-liyində olan həmin düşərgəni Beynəlxalq Yardım agentlikləri idarə edir və Norveç Qaçqın Şurası bildirib ki, qadınların çoxu Türkiyə, Azərbaycan, Rusiya və Tacikistandandır.

Bundan bir neçə gün əvvəl Reutersin məlumatında da deyilirdi ki, həmin qadınların çoxu Türkiyə, Azərbaycan, Rusiya və Tacikistandandır.

Günün bütün mövzuları

XS
SM
MD
LG