Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 19:53

ABŞ Dövlət katibi Tillerson rusiyalı həmkarı Lavrovla danışıb


Rex Tillerson və Sergei Lavrov

ABŞ Dövlət katibi Rex Tillerson sentyabrın 16-da Rusiyanın xarici işlər naziri Sergei Lavrovla telefon danışıqları aparıb.

Reuters agentliyinin məlumatına görə, əsasən

Suriyadakı vəziyyət və beynəlxalq terrorçuluqla mübarizə məsələlələri müzakirə olunub.

Telefon söhbəti, ABŞ-ın dəstəklədiyi Suriya üsyançıları, şənbə günü Deyr əl Zor şəhəhərində Rusiya təyyarələri və Suriya hökumət qüvvələrinin zərbələrinə məruz qaldıqlarını bəyan etdikdən sonra baş tutub.

Rusiyanın xarici işlər nazirliyi hələlik məsələyə münasibət bildirməyib.

Qeyd edək ki, ABŞ və onun müttəfiqləri Suriya müharibəsində üsyançıların, Rusiya ilə İran isə Bashar Assad rejiminin tərəfini saxlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG