Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyun, Cümə, Bakı vaxtı 03:15

2017-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 25 milyon 572,7 min ton neft (qaz kondensatı da daxil olmaqla) hasil edilib.

Dövlət Statistika Komitəsinin məlumatında belə yazılır.

Məlumata görə, neft hasilatında azalma var. 2016-cı ilin analoji dövrü ilə müqayisədə azalma 9,3 faiz olub.

Qaz da azalıb...

Qaz hasilatında da azalma qeydə alınıb.

Hesabat dövründə ümumilikdə 18 mlrd. 769,1 mln. kubmetr qaz hasil olunub. Bu da ötən illə müqayisədə 6,4 faiz azalma deməksdir.

Əmtəə qazının hasilat həcmi 12 mlrd. 59,4 mln. kubmetr olub. Bu kateqoriyada azalma 4,1 faizə çatıb.

2016-cı ildə Azərbaycanda qaz kondensatı da daxil olmaqla, neft hasilatı ümumilikdə 41 mln. 29,5 min ton təşkil edib.

Ötən il qaz hasilatı isə 29 mlrd. 331,3 mln. kubmetr olmuşdu

Hökumətin proqnozlarına görə, 2017-ci ildə Azərbaycanda 40 mln. ton civarında neft, 29 mlrd. 561 mln. kubmetr səviyyəsində qaz hasil ediləcək.

Son illər ölkədə neft hasilatı azalır. Azərbaycanda neft hasilatı pik dövrünə 2010-cu ildə çatmışdı. Həmin il ölkədə 50,8 milyon ton neft hasil olunmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG