Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:19

Senator Ban Cardin: Türkiyə sanksiyalar qanununu pozdu


S-400 raket sistemi

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin aparıcı üzvlərindən olan demokrat Ben Cardin prezident Donald Trumpa göndərdiyi məktubunda yazıb ki, Türkiyənin Rusiyadan S-400 raketləri alması ABŞ-ın Rusiyaya qarşı sanksiyalar qanununu pozur.

Sentyabrın 14-də göndərilən məktubda deyilir ki, ABŞ qanununa görə,Rusiya ordusu və ya kəşfiyyatı ilə hər hansı əhəmiyyətli pul köçürmə aparana qarşı sanksiya nəzərdə tutulur.

Türkiyənin Rusiya ilə həmin raket sazişi sentyabrın 12-də bağlanıb və qiyməti 2,5 milyard dollardır.

Tənqidlərlə bağlı Türkiyə prezidenti Erdoğan demişdi ki, NATO özünü günahlandırmalıdır, çünki Türkiyə bu raket sistemini NATO-dan istəyirdi, NATO isə Türkiyəyə raket sistemləri verməyi yubadırdı.

Erdoğanın sözçüsü İbrahim Kalin isə sentyabrın 14-də bildirmişdi ki, Türkiyənin Rusiyadan raket almağı Türkiyənin Qərblə əlqələrinin qırılmağı demək deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG