Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 13:26

‘Amnesty’ Myanmada 'etnik təmizləmə'dən danışır


Bangladeş. Rohinca qaçqını Nasir Ahmed 40-günlük ölmüş oğlunu qucağında tutub...

Amnesty International’ hüquq-müdafiə təşkilatı Myanma təhlükəsizlik qüvvələrinin yol verdiyi “təşkil olunmuş sistematik yandırma”lara dair dəlil toplayıb. İnsan haqları qrupları rohinca müsəlmanlarının yaşadıqları kəndlərdə “etnik təmizləmə” aparıldığını bildirir.

“Bunlar təkzibolunmaz dəlillərdir”, – ‘Amnesty International’dan Tirana Hassan deyib.

Buna da bax:​ İki həftə ərzində 300 minədək Rohinca müsəlmanı qaçqın düşüb

“Myanma təhlükəsizlik qüvvələri rohinca müsəlmanlarının bu ölkədən çıxması məqsədiylə şimali Raxin ştatında yanğınlar törədirlər. Səhv etməyin: bu, etnik təmizləmədir”, – Hassan vurğulayıb.

O, təhlükəsizlik qüvvələrinin kəndləri mühasirəyə aldığını, çaxnaşma içində qaçanları güllələdiyini, daha sonra evlərə od vurduğunu bildirib.

‘Amnesty International’ qeyd edir ki, dəlilə yanğınlar barədə bilgi, peyk təsvirləri, yerdən çəkilmiş foto və videolar, Myanmadan onlarla şahidlə müsahibələr daxildir.

BMT-nin hesablamasına görə, 400 minədək rohinca avqustun 25-dən bəri Banqladeşə qaçıb.

Buna da bax:​ Myanmada nə baş verir

Ordu isə kəndlərin rohinca yaraqlıları tərəfindən yandırıldığını bildirir.

Daha öncə BMT-nin baş katibi Antonio Guterres də daha öncə rohincalara qarşı mümkün “etnik təmizləmə” sarıdan narahatlığını dilə gətirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG