Son iki həftə ərzində Myanmadan qonşu Banqladeşə 300 minədək “Rohinca” müsəlmanı qaçıb.
Bu barədə BMT məlumat yayıb.
Bu il avqustun 25-dən çoxluq təşkil edən yerli buddalarla müsəlmanlar arasında toqquşmalar daha da şiddətlənib.
Üsyançıların polis nəzarət-buraxılış məntəqəsinə hücumundan sonra Myanma hakimiyyəti “Rakhine” ştatında hərbi əməliyyata başlayıb.
Toqquşmalar nəticəsində dinc sakinlər də daxil olmaqla 400-dən çox adam ölüb, evlər yandırılıb.
Myanma hakimiyyəti BMT-nin hümanitar missiyasını üsyançıların tərəfini saxlamaqda günahlandırdığına görə, təşkilat bu ölkədə işini dayandırmalı olub.
Hakimiyyət Rohinca müsəlmanlarına vətəndaşlıq vermir.
Qaçqınlara Qırmızı Xaç Təşkilatı-nın əməkdaşları yardım edir.
Qaçqın düşərgəsi dolub, minlərlə insan aclıq içindədir.
Sənin fikrin
Şərhləri göstər