Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Avqust, çərşənbə, Bakı vaxtı 03:27

Real ifadədə ixrac da, idxal da azalıb


Dövlət Statistika Komitəsi

2017-ci ilin yanvar-iyul aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 176 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçiriblər.

Bu məlumatı Dövlət Statistika Komitəsi (DSK) yayıb.

Komitə bildirir ki, 107 ölkəyə məhsul ixrac edilib, 169 ölkədən isə məhsul alınıb.

Məlumatda gömrük orqanlarında qeydiyyatı aparılan, lakin rəsmiləşdirilməsi tam başa çatdırılmayan xam neft və təbii qazın ixracında statistik qiymətləndirilmə də nəzərə alınıb.

Buna da bax:​ Xarici ticarət : 96 ölkəyə ixrac, 159 ölkədən idxal

Bununla 2017-ci ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 12872,2 milyon ABŞ dollar təşkil edib.

Bu sırada ixracın dəyəri 8502,5 milyon dollar, idxalın dəyəri isə 4369,7 milyon dollar olub. Nəticədə 4132,8 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

DSK bildirir ki, 2016-cı ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 6,2 faiz artıb, real ifadədə isə 14 faiz, o cümlədən ixrac 8,4, idxal 22,7 faiz azalıb.

Məlumatda vurğulanır ki, ticarət dövriyyəsinin 37,3 faizi Avropa Birliyi, 13,2 faizi MDB üzvü ölkələrin, qalan 49,5 faizi isə digər dövlətlərin payına düşür.

Buna da bax: Kənd təsərrüfatı üçün idxal rüsumları donduruldu

Artan ixrac malları

2017-ci ilin yanvar-iyul aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ixracda təzə tərəvəz 78,5 faiz, təzə meyvə 38,5 faiz, kartof 50,7 faiz, tütün 66 faiz, tərəvəz şirələri 94,4 faiz, çay 52,6 faiz, təbii üzüm şərabları 62,1 faiz artıb. Habelə, pambıq lifinin 6,3 dəfə, qara metallardan boruların 2 faiz, bentonit gilin isə 3,5 dəfə artdığı açıqlanıb.

Azalan ixrac malları

Şəkər ixracı 24,4 faiz, meyvə, tərəvəz konservləri 11,1 faiz, marqarin, 4,4 faiz, polietilen 2,9 faiz, emal olunmamış alüminium 31,5 faiz, qara metallardan yarımfabrikatlar 35,4 faiz və pambıq ipliyi isə 35 faiz azalıb.

Artan idxal malları

Komitə bildirir ki, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2017-ci ilin yanvar-iyul aylarında xam şəkərin 15,7 faiz, təzə meyvənin 9,6 faiz, kərə yağı, digər süd yağlarının 1,8 faiz, çayın 3,6 faiz, quş əti və onun əlavə məhsullarının idxalı 66,7 faiz artıb.

Buna da bax:​ 'Bazarda malların 25 faizi qaçaqmaldır' - Ekspert

Habelə, mal ətinin 2,3 dəfə, minik avtomobillərinin 53,2 faiz, hesablama maşınları, blok və qurğuların idxalının da 71,6 faiz artdığı bildirilir.

Azalan idxal malları

Amma idxalda buğdanın 35 faiz, bitki yağlarının 24,4 faiz, kartofun 5,3 faiz, təzə tərəvəzin 46,2 faiz, sement, sement klinkerlərinin 93 faiz, məişət soyuducularının isə 28,1 faiz azaldığı qeydə alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG