Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:15

Xarici ticarət : 96 ölkəyə ixrac, 159 ölkədən idxal 


Ilham Əliyev pambıqq tarlasınnda, 2016-cı il
Ilham Əliyev pambıqq tarlasınnda, 2016-cı il

2017-ci ilin yanvar-may aylarında Azərbaycan dünyanın 166 ölkəsiylə ticarət əməliyyatları həyata keçirib, 96 ölkəyə məhsul ixrac edilib, 159 ölkədən idxal olunub. Dövlət Statistika Komitəsinin məlumtında belə deyilir.

Bu ilin yanvar-may aylarında xarici ticarət dövriyyəsi 8882,1 milyon dollar olub.

Məlumata görə, nəticədə 3248,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ticarət dövriyyəsinin 38 faizi Avropa Birliyi, 13 faizi MDB, 49 faizi isə başqa ölkələrin payına düşüb.

Əsas ixrac məhsulları

2017-ci ilin yanvar-may aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə meyvə və tərəvəz şirələrinin (90 faiz), tərəvəzin (68 faiz), meyvənin (67 faiz), tütünün (48 faiz), çayın (52 faiz), bitki yağlarının (21 faiz) ixracı artıb. Eləcə də pambıq lifinin ixracı 6 dəfə, bentonit gilinin ixracı isə 3 dəfə çoxalıb.

Əksinə şəkərin (7 faiz), marqarinin ( 25 faiz), emal olunmamış alüminiumun ( 31 faiz), pambıq ipliyinin (30 faiz) ixracı azalıb.

Buna da bax: Özbəkistanda əti qramla almağa başlayıblar

Ət və quş məhsullarının idxalı dəfələrlə artıb

Ötən illə müqayisədə 2017-ci ilin yanvar-may aylarında quş əti və onun əlavə məhsullarının (2,4 dəfə), mal ətinin (2,6 dəfə) idxalı artıb.

Minik avtomobillərinin (15,5 faiz), məişət kondisionerlərinin (49 faiz), paltaryuyan maşınlar (2,2 dəfə), yük avtomobillərinin ( 70 faiz) idxalı da çoxalıb.

Bu malların idxalı azalıb

Buğdanın (38 faiz), bitki yağlarının (26 faiz), təzə tərəvəzin ( 43 faiz), qara metallardan boruların ( 67 faiz), sementin (91 faiz), məişət soyuducularının (44,5 faiz) idxalında azalma müşahidə olunur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG