Ukrayna prezidenti Petro Poroshenko xarici kəşfiyyat xidmətinə yeni rəhbər təyin edib.
Bu 37 yaşlı Egor Bozok-dur.
“Mən xarici kəşfiyyat sahəsində böyük təcrübəsi olan Egor Bozok-u vətənpərvər, qətiyyətli və təcrübəli bir insan kimi çoxdan tanıyıram” Poroshenko özünün “Feysbuk” səhifəsində yazıb.
Prezident hesab edir ki, onun təyinatı, bu qurumun inkişafına səbəb olacaq.
Egor Bozok bunadək Ukraynanın NATO-dakı missiyasının rəhbəri vəzifəsində çalışıb.
Petro Poroshenko 2016-cı ilin aprelində Viktor Hvozd-ı xarici kəşfiyyat xidmətinin rəhbəri vəzifəsindən azad edib.