Keçid linkləri

2017, 24 Sentyabr, bazar, Bakı vaxtı 12:52

Sentyabrın 14-ü Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir.

Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal edilir.

Şimal-qərb küləyinin gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacağı açıqlanıb.

Buna da bax: Florida sakinləri Tanrıya şükür edir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yarımadada gecə 19-22, gündüz 28-33, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında da yağıntı olmayacağı bildirilir. Lakin günün birinci yarısında bəzi şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal edilir.

Gecə 17-22, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti təxmin edilir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG