Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:15

Sentyabrın 12-si Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

AMB-dən verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,7008 səviyyəsində formalaşıb.

Bu gün, sentyabrın 12-si rəsmi məzənnəyə görə, bir dollar 1,7009 manata bərabər olmuşdu.

Buna da bax:​ Manatın devalvasiyası 'Azərbaycan paltaryuyanı' ilə bağlı idimi?

Son 6 ayda bəzi istisnalarla hərraclarda manat möhkəmlənir. Bu il ümumilikdə manatın dollara nisbətən 4 faiz bahalaşdığı bildirilir.

Bəzi ekspertlər isə deyirlər ki, Azərbaycanda manatın möhkəmlənməsinin heç bir iqtisadi əsası yoxdur. Manat möhkəmlənir, qiymətlər isə bahalaşmaqda davam edir. Onlar düşünürlər ki, Azərbaycanda məzənnə reallıqda inzibati yolla müəyyən edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG