Keçid linkləri

Təcili xəbərlər
2018, 27 Aprel, Cümə, Bakı vaxtı 06:38

151 nəfər vətəndaşlıqdan çıxarılıb


Keçmiş milli təhlükəsizlik nazirliyinin binası

“Dünyanın müxtəlif yerlərində hərbi-siyasi qarşıdurmaların, terror fəaliyyətinin acı nəticələri məsafələrdən asılı olmayaraq ölkəmizin də təhlükəsizliyinə təsir göstərir”.

“Report”un xəbərinə görə, bunu Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən "Vətəni müdafiəyə daim hazırıq" adlı gənclərinin forumunda Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini İlqar Musayev deyib.

İ.Musayev təəssüflə bildirib ki, bir qisim Azərbaycan vətəndaşı da ekstremist təbliğatın təsiri altında Suriya və İraqda fəaliyyət göstərən terrorçu təşkilatlara qoşulub:

Buna da bax: 'Dövlət proqramı ilə xaricidə oxuyanların bir çoxu geri qayıtmayıb'

“Məlumatlara görə, onların çoxu döyüşlər zamanı öldürülüb. Terrorçu təşkilatlara qoşulan 82 nəfər Azərbaycana qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb olunub. Qanuna əsasən, terrorçu təşkilatların tərkibində döyüşdüklərinə görə son 1 ildə Azərbaycan vətəndaşlığından 151 nəfər məhrum edilib”, – deyə o vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG