Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 17:06

Şimali Koreya ABŞ-ı 'böyük ağrı'yla hədələyir


ABŞ ballistik raketini sınaqdan çıxarır. 30avq2017

Vaşinqton BMT Təhlükəsizlik Şurasının Pxenyana daha sərt sanksiyalar qoymasına nail olsa belə, “böyük ağrı”yla üzləşəcək. Belə bir xəbərdarlıqla Şimali Koreya çıxış edib.

Şimali Koreyanın Xarici İşlər Nazirliyi sentyabrın 11-də bildirib ki, ölkəsi Birləşmiş Ştatlara qarşı “ən son vasitələrdən istifadəyə hazırdır və bunu istəyir”.

Buna da bax:​ ABŞ Şimali Koreya üzərinə ən ağır sanksiyalar qoyulmasını istəyir

Bəyanatda deyilir ki, bu tədbirlər Birləşmiş Ştatların “tarixi boyu keçirmədiyi ən böyük ağrı və əziyyət”lə sonuclanar.

Sentyabrın 11-də BMT Şimali Koreyaya yeni sanksiyaları səsverməyə çıxaracaq. Belə bir xahişlə Birləşmiş Ştatlar çıxış edib. Pxenyan BMT-nin qadağan olunmuş nüvə və ballistik raket proqramlarına dair qətnamələrə əməl etmədiyi üçün sanksiyaların sərtləşdirilməsi istənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG