Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:13

ABŞ Şimali Koreya üzərinə ən ağır sanksiyalar qoyulmasını istəyir


Rusiya, Çin və ABŞ-ın BMT-dəki səfirləri Vasili Nebenzya (solda), Liu Jieyi və Nikki Haley
Rusiya, Çin və ABŞ-ın BMT-dəki səfirləri Vasili Nebenzya (solda), Liu Jieyi və Nikki Haley

Şimali Koreya və onun başçısı Kim Jong Un üzərinə neft embarqosu qoyulması və bu ölkənin aktivlərinin dondurulmasına dair ABŞ-ın hazırladığı qətnamə layihəsi BMT-yə təqdim edilib.

ABŞ və dünya mediasında sentyabrın 6-da yayılan xəbərlərə görə, bu qətnamə layihəsində şəxsən Kim-in üzərinə səfər qadağanı qoyulması, habelə ölkədən toxuculuq ixracının və xaricdə işləyən 100 minədək Şimali koreyalının maaşlarının bloklanması təklif edilir.

Sərtləşdirilmiş sanksiyalar Pxenyanın nüvə və raket sınaqları ilə bağlı BMT qətnamələrinə məhəl qoymamasına cavab olaraq təklif edilib.

Bu qətnamə layihəsində Şimali Koreyanın milli aviaşirkəti Air Koryo-nun aktivlərinin dondurulması nəzərdə tutulur. Bu şirkətin təyyarələri Pekinə və Çinin başqa şəhərlərinə, habelə Rusiyanın Vladivostok şəhərinə uçuşlar edir.

Hazırda Pxenyan və dünya gücləri, xüsusən də ABŞ, Yaponiya və Cənubi Koreya arasında gərginlik son həddə çatıb.

Pxenyan sentyabrın 3-də Şimali Koreyanın dediyinə görə, hidrogen bombasını partlatdıqdan sonra ABŞ prezidenti Donald Trump və Kim arasında kəskin bəyanatlar atışması olub.

Şimali Koreyanın ən yaxın müttəfiqi Çin və Rusiya da Pxenyanın nüvə sınaqlarını kəskin pisləyiblər.

Bununla yanaşı Rusiya prezidenti Vladimir Putin sentyabrın 6-da deyib ki, o, nüvə silahı sınaqlarına görə Şimali Koreyanın “küncə sıxışdırılmasına” qarşıdır.

Bu qətnamə layihəsinin qüvvəyə minməsi üçün ona Təhlükəsizlik Şurasının 15 üzvündən 9-nun səs verməsi və daimi üzvlərdən (ABŞ, Britaniya, Fransa, Rusiya və Çin) heç birinin veto qoymaması lazımdır.

Çinin belə sərt qətnaməni dəstəkləyəcəyinə dair şübhələr var. Lakin bu qətnamə layihəsi BMT-yə təqdim olunmazdan az əvvəl Trump özünün çinli həmkarı ilə telefonla danışıb.

Çinin Xarici İşlər Nazirliyi bəyan edib ki, Pekin Koreya yarımadasının nüvəsizləşdirilməsi üçün durmadan çalışır.

ABŞ-ın BMT-dəki səfiri Nikki Haley Təhlükəsizlik Şurasında qətnamə layihəsi üzrə səsvermənin sentyabrın 11-də keçirilməsini rica edib, lakin Rusiya səfiri Vasili Nebenzya bu tarixin “bir balaca erkən” olduğunu söyləyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG