Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 22:59

Supervulkanların püskürməsi bəşəriyyətin 99 faizini məhv edə bilər


Foto arxiv

Supervulkanların püsgürməsi bəşəriyyətin 99 faizini məhv edə bilər.

“The Independent” qəzetinin yazdığına görə, NASA-nın mütəxəssisləri bu qənaətə gəlib.

Onların fikrincə bu təhlükə yerə asteroidlərin yağması və 3-cü dünya müharibəsindən qat-qat təhlükəlidir.

Amma ekspertlər xilas planı da təklif edirlər.

Tədqiqatlara görə hazırda dünyada 20-ə yaxın supervulkan var ki, onların faiciəvi püskürməsi təxminən hər 100 min ildən bir baş verir.

Amma alimlər hesab edir ki, bu vulkanları soyutmaqla bu faciədən qaçmaq da olar.

Alimlər ABŞ-dakı “Yelloyston” vulkanını daha təhlükəli hesab edirlər, əgər bu vulkan püskürsə ətrafdakı 97 kilometrlik ərazidə hər şeyi məhv edəcək.

Hesablamalara görə həmin əraziləri 1 metrlik kül qatı basacaq, havaya qalxan kül və qaz nəticəsində isə yerdə “vulkan qışı” başlayacaq v bu 10 illərlə davam edə və milyonlarla adamın ölümünə səbəb ola bilər.

Amma alimlər hesab edir ki, bu yəqin ki, müasir insanın həyatında baş verməyəcək, ona görə də qarşısını almaq üçün hələ ki, vaxt var.

Alimlər deyir ki, vulkan quyularını soyutmaq üçün ora su vurmaq lazımdır və bundan elektrik enerjisi də əldə etmək olar.

Belə ki, su quyuya vurulduqdan sonra qaynar şəkildə quyunun səthinə qalxacaq ki, bundan da elektrik enerjisinin istehsalında istifadə oluna bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG