Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 08:07

Satirik şairin işgəncə iddiasına yenə 'yox' deyildi


Satirik şair Tofiq Həsənli

Bu gün, sentyabrın 8-i Bakı Apellyasiya Məhkəməsində həbsdəki satirik şair Tofiq Həsənlinin işgəncə iddiası üzrə şikayətə baxılıb.

İşə öncə avqustun 23-də Səbail Rayon Məhkəməsində baxılıb, işgəncə iddiası rədd edilmişdi.

Bu günkü prosesə satirik şair gətirilməyib. Onu məhkəmədə vəkili Zibeydə Sadıqova təmsil edib.

Buna da bax:​ Ali Məhkəmə satirik şairin şikayətini rədd edib

Vəkilin AzadlıqRadiosu-na deməsinə görə, məhkəmədəki çıxışında bildirib ki, satirik şair saxlanılarkən işgəncə görüb, bunu isbat etməkdən ötrü aşağı məhkəmə gərəkli addımları atmayıb.

Zibeydə Sadıqova
Zibeydə Sadıqova

Vəkil şikayətlə bağlı məhkəmə qarşısında bir neçə vəsatətlə çıxış edib. Deməsinə görə, onun birinci vəsatəti T.Həsənlinin saxlanılması epizodunun aydınlaşdırılması ilə bağlı olub. Məhkəmədən satirik şairin saxlanıldığı ərazinin kamera görüntülərinin əldə edilməsini istəyib. Məhkəmə bu vəsatəti rədd edib.

Digər vəsatətdə isə T.Həsənlinin işində adı hal şahidi kimi keçən Balaxan Hüseynovun məhkəməyə çağırılması istənilib.

Vəkilin sözlərinə görə, vəsatətdə qeyd edilib ki, həmin şəxsin adı azı 50 işdə hal şahidi kimi keçir. Vəkil bunun aydınlaşdırılmasını istəsə də, məhkəmə buna ehtiyac görməyib.

Buna da bax: Vəkil: 'Həbsdəki satirik şairin ürək ağrıları var'

T.Həsənliyə işgəncə verdiyi iddia olunan polis nəfərlərinin məhkəməyə çağırılması barədə vəsatət də rədd olunub.

Hakim İlqar Murquzovun sədrlik etdiyi məhkəmə heyəti yekunda apellyasiya şikayətini də rədd edib.

Vəkil Zibeydə Sadıqova məhkəmədən sonra AzadlıqRadiosu-na bildirib ki, qərarla razılaşmırlar, onu aldıqdan sonra Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəklər.

XATIRLATMA

Satirik şairi Tofiq Həsənli 2016-cı il avqustun 22-də qanunsuz narkotik dövriyyəsi ittihamı ilə 6 il azadlıqdan məhrum edilib. Onun apellyasiya və kassasiya şikayətləri də təmin olunmayıb.

Buna da bax:​ 'Ombudsman satirik şairin işgəncə iddiasını araşdırmayıb'

T.Həsənli KİV-də hakimiyyətin və dövlət məmurlarının ünvanına tənqidi pamfletləri ilə tanınır.

2005-ci ildə də O, narkotikə görə üç il azadlıqdan məhrum edilib. Amma 2007-ci ildə amnistiya ilə azadlığa buraxılıb.

T.Həsənli “Facebook” və “Youtube” hesablarında satiralarını yaymağa davam edib. 2015-ci ilin yanvarında O, həbslə hədələndiyini bildirib, oktyabrda isə saxlanıb. Buna qədər onun xaricdən yayımlanan «Azərbaycan saatı» proqramında tənqidi şerləri oxunurdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG