Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:30

Qəbələdə meşə yanğını söndürülüb


Qəbələdə yanğın davam edir
Gözlə

No media source currently available

0:00 0:00:46 0:00

Qəbələdə yanğın davam edir

Avqustun 28-i Qəbələ rayonunun Solquca, Abrıx və Dandıx kəndləri yaxınlığındakı meşə ərazisində başlayan yanğının söndürüldüyü bildirilir.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın sentyabrın 7-si saat 17:00 radələrində söndürülüb.

«Yanğının söndürülməsi əməliyyatında Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin canlı qüvvəsi, texnikası iştirak edib», - məlumatda vurğulanıb.

Avqustun 28-i Qəbələ və Oğuz rayonlarındakı meşələrdə yanğının başladığı açıqlanmışdı. Avqustun 30-u yanğının lokallaşdırıldığı bildirilirdi. Ancaq sonra yanğınların davam etdiyi bəlli olmuşdu.

Bir neçə gün əvvəl isə Oğuz rayonunda yanğının tam söndürüldüyü açıqlanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG