Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 20:13

Azərbaycan rohinca müsəlmanlarına yardım göndərir


Rohinca müsəlmanlarının Banqladeşə axını davam edir.
Gözlə

No media source currently available

0:00 0:01:00 0:00

Rohinca müsəlmanlarının Banqladeşə axını davam edir.

Rohinca müsəlmanlarına yardım göndərilir.

Bu barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, prezident İlham Əliyevin göstərişinə əsasən, Myanmada kütləvi zorakılıqla üzləşən rohinca müsəlmanlarına humanitar yardım göndərilir..

«Humanitar yardım «Silk Way» aviaşirkəti vasitəsilə rohinca müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə göndərilir. Göndərilən humanitar yardıma gündəlik tələbat malları və ərzaq məhsulları daxildir», -məlumatda vurğulanır.

Ancaq yardımın məbləği açıqlanmayıb.

Son illər Myanmada rohinca müsəlmanlarının kütləvi zorakılıqla üzləşdiyi bildirilir. Bu zaman 100 mindən çox insanın deportasiya edildiyi, bir çox insanların qətlə yetirildiyi deyilir. BMT dünya ölkələrini Myanmaya humanitar yardıma çağırıb. İndi bəzi ölkələr sözügedən əraziyə yardımlar göndərir.

Günün bütün mövzuları

XS
SM
MD
LG