Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 03:02

Apellyasiya məhkəməsindən Trump-ın qadağasına zərbə


San-Fransiskoda antimiqrant qanununa etiraz

Sentyabrın 7-də ABŞ apellyasiya məhkəməsi prezident Donald Trump administrasiyasının qaçqınlarla bağlı müvəqqəti qadağasını rədd edib. Həmin qadağa qaçqınların və altı müsəlman ölkəsindən gələnlərin Birləşmiş Ştatlara girişini müvəqqəti önləməyi nəzərdə tuturdu.

Nyu-Yorkdakı apellyasiya məhkəməsinin qərarına görə, Birləşmiş Ştatlardakı yerləşdirmə agentlikləri ilə «bona fide» (vicdanlı) əlaqələri olan qaçqınların ölkəyə girişinə icazə verilməlidir. Məhkəmənin qərarında həmçinin deyilir ki, qanuni ABŞ rezidentlərinin nənə-babaları, bibi-xalaları, dayı-əmiləri və xala-əmi uşaqları Trump-ın 90 günlük qadağasından azaddırlar.

Bu qadağa İran, Sudan, Suriya, Liviya, Somali və Yəməndən gələnlərə aiddir.

ABŞ Ali Məhkəməsinin iyunda çıxardığı qərarda deyilirdi ki, Trump-ın qadağası ABŞ vətəndaşları və təşkilatları ilə «bona fide» münasibətdə olanlara aid olmamalıdır.

Ancaq administrasiya qaçqınlara qadağa qoymaqda davam edirdi. Havay ştatında bu addımı yenidən məhkəmədə mübahisələndirib və apellyasiya məhkəməsi də onunla razılaşıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG