Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 04:11

‘Fitch’ ‘Access Bank’ın da reytinqini endirib


"Fitch Ratings"in ofisi. New York

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi "Access Bank"ın reytinqini aşağı salıb.

Bu haqda agentliyin press-relizində bildirilir.

Məlumata görə, bankın uzunmüddətli reytinqi "BB+"dan "BB-"a (spekulyativ, kredit qabiliyyətinin kifayət etməyəcək səviyyəsi) endirilib. Reytinq üzrə proqnoz "Sabit"dir.

Bankın qısamüddətli reytinqi isə "B" (kredit qabiliyyətinin bir qədər də aşağı düşməsi) səviyyəsində təsdiq edilib.

Buna da bax:​ ‘Fitch’ ‘PAŞA Bank’ın reytinqini aşağıda saxladı

Agentlik qeyd edir ki, reytinqin azalması bankın səhmdarları olan beynəlxalq maliyyə institutlarından ala biləcəyi dəstək ehtimalının yenidən qiymətləndirilməsini əks etdirir.

Bildirilir ki, təkrar qiymətləndirmə bankın bu yaxınlarda üzə çıxan zəif maliyyə nəticələrini və gələcək inkişaf perspektivləri ilə bağlı böyük qeyri-müəyyənliyi göstərir.

"Access Bank" 2002-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qaradəniz Ticarət və İnkişaf Bankı, Almaniyanın “KfW” şirkəti, “Access Holding” və “LFS Financial Systems” GmbH-dir.

Buna da bax: 'Moody’s' Azərbaycanın reytinqini endirib

“Fitch Ratings" ötən həftə "PAŞA Bank" Açıq Səhmdar Cəmiyyətinin isə uzunmüddətli defolt reytinqini dəyişməmişdi. Bankın reytinq səviyyəsi "B+" (yüksək dərəcədə spekulyativ) dərəcəsində saxlanılmışdı.

‘Fitch’ "PAŞA Bank"ın reytinqinin aşağı səviyyədə saxlanması ilə bağlı izahat da vermişdi. Bu Azərbaycan Beynəlxalq Bankı (ABB) olayı ilə izah edilmişdi ‘Fitch’in rəyinə görə, Azərbaycanın ən iri və dövlət bankı olan ABB-nin defolt olması durumunda, daha az önəmə sahib, özəl sərmayəli banklar güvənilən deyil.

Ötən il Azərbaycanda 10-dan çox bank bağlanıb. Bu onların öz öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilmişdi. Bəzi ekspertlər Azərbaycanda daha bir neçə bankın bağlanacağını təxmin edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG