Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 06:32

‘Fitch’ ‘PAŞA Bank’ın reytinqini aşağıda saxladı


"PAŞA Bank"

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi "PAŞA Bank" Açıq Səhmdar Cəmiyyətinin uzunmüddətli defolt reytinqini dəyişməyib. Bankın reytinq səviyyəsi "B+" (yüksək dərəcədə spekulyativ) dərəcəsində saxlanıb.

Bu haqda agentliyin yaydığı press-relizində bildirilir.

Bankın qısamüddətli defolt reytinqi "B" səviyyəsində təsdiqlənib. Bankın dayanıqlıq reytinqi də "b+" səviyyəsindədir.

Buna da bax:​ 'Moody’s' SOCAR-ın reytinqini endirib

‘Fitch’ "PAŞA Bank"ın reytinqinin aşağı səviyyədə saxlanmasının səbəblərinə də aydınlıq gətirib. Agentlik Azərbaycan Beynəlxalq Bankı (ABB) olayını xatırladıb. ‘Fitch’in rəyinə görə, Azərbaycanın ən iri və dövlət bankı olan ABB-nin defolt olması durumunda, daha az önəmə sahib, özəl sərmayəli banklar güvənilən deyil.

Agentlik eyni zamanda onun sistem əhəmiyyətli banklardan olmasına da toxunub.

Qeyd edib ki, “PAŞA Bank” ölkədəki ən böyük özəl sərmayəli bankçılıq qrupunun bir hissəsidir, “Kapital Bank”la birlikdə bu sektorun təxminən 27 faizinə sahibdir.

Buna da bax: 'Fitch': Azərbaycanda kredit portfeli 5% azalacaq

Xatırlatma

"Fitch" bundan əvvəl "PAŞA Bank" Açıq Səhmdar Cəmiyyətinin uzunmüddətli defolt reytinqinə mayda baxmış, reytinqi "BB-"-dən (kredit qabiliyyətinin kifayət etməyəcək səviyyəsi) "B+" (yüksək dərəcədə spekulyativ) səviyyəyə kimi endirmişdi.

Defolt-borc öhdəlikləri üzrə ödənişlərin icra edilməsi mümkünsüzlüyü və yaxud bilərəkdən ödənişin dayandırılmasıdır. İlk dəfə “defolt” anlayışı İngiltərədə istifadə olunub və hərfi mənada “öhdəliklərin yerinə yetirilməməsi” mənasını ifadə edirdi.

Agentlik o zaman reytinqin endirilməsini Azərbaycan Beynəlxalq Bankın xarici borclarının ödənilməsinin dayandırması ilə izah etmişdi.

Buna da bax:​ 'Fitch' İpoteka Fonduna 'neqativ' proqnoz verdi

Yerli və beynəlxalq KİV-lərdə dərc edilən araşdırma yazılarında bu banka prezident İlham Əliyevin qızları Leyla və Arzu Əliyevaların nəzarət etdiyi bildirilib. Belə məlumatlar, hələ ki, rəsmən təkzib edilməyib.

Bankın Gürcüstan və Türkiyədə iki törəmə şirkəti var («Pasha Bank Georgia» və «Paşa Yatırım Bankası»).

Ötən il Azərbaycanda 11 bank bağlanıb. Bu onların öhdəlikləri yerinə yetirə bilməmələri ilə izah edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG