Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 08:32

Moskvadakı bankı zəbt edən erməni biznesmen 12 il həbs cəzası aldı


Aram Petrosian
Aram Petrosian

“Citibank” ın Moskvadakı şöbəsini zəbt edən erməni biznesmen Aram Petrosyan 12 il azadlıqdan məhrum edilib.

Bu barədə sentyabın 7-də RAPSİ (Rusiya hüquqi və məhkəmə informasiyaları agentliyi) xəbər verir.

Moskva məhkəməsi Petrosyanı terror aktı və insanları girov götürməkdə təqsirli bilib.

O, günahını qismən boynuna alsa da özünü terrorçu saymır.

Müflis olmuş 55 yaşlı biznesmen 2016-cı il avqustun 24-də “Citibank”ın Moskvanın mərkzindəki şöbəsinə gələrək 4 nəfəri girov götürmüş və partlayışla hədələmişdi.

Amma bir qədər sonra o girovları buraxaraq polisə təslim oldu.

Onun sinəsinə bərkitdiyi qutu isə “oyuncaq bomba” imiş.

Petrosyan deyir ki, heç kimi öldürməyə hazırlaşmırmış.

Petrosyan iş adamıdır, onun son zamanlar problemləri yaranıb və borca girib.

O, bundan əvvəl Rusiya prezidenti Vladimir Putinə videomüraciət də yayıbmış.

Biznesmen müraciətdə, hüquqi və fərdi şəxslərin iflasının dövlət səviyyəsində xəstəlik kimi tanınmasını və iflas problemi ilə bağlı yeni institut yaradılmasını tələb edirdi.

Biznesmen məqsədinin Rusiyada müflis olmuş şirkət və şəxslərə diqqət çəkmək olduğunu deyib. O videoda öz probleminə diqqət çəkmək və biznesdəki müflisi bir bəla kimi görməyin lazım olduğunu bildirib. Və müflis olmuş biznesmenlər üçün reabilitasiya mərkəzinin olmasını istəyib.

Onun ictimai tələblərinin Rusiyada bu növdən olan məsələlərə yanaşmada hansısa dəyişiklər yaradıb-yaratmayacağı sual altındadır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG