Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 22:24

Keçmiş Ukrayna prezidenti Yanukovyc-ə qarşı yeni ittihamlar irəli sürülüb


Viktor Yanukovych

Ukraynanın baş prokurorluğu keçmiş president Viktor Yanukovych-i 2010-cu ildə konstitusiya çevirilişində və hakimiyyəti qanunsuz zəbt etməkdə ittiham edir.

Bu barədə Ukraynanın baş prokuroru Yuri Lutsenko sentyabrın 6-də “Feysbuk” da məlumat yayıb.

Həmçinin keçmiş ədliyyə naziri Aleksandr Lavrinovich-ə qarşı eyni ittiham irəli sürülüb.

Ukraynada prezidentin səlahiyyətlərinin məhdudlaşdırılması, parlament və hökumətin səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı 2004-cü ildə Konstitusiyaya edilmiş düzəliş 2010-cu ildə ləğv edilib.

Konstitusiya məhkəməsi bu qərarı Ali Radada səsvermə olmaqdan qəbul edib.

Yanukovych-in əlehdarları bunun qanunsuz olduğunu deyirlər.

Qeyd edək ki, Ukraynada Yanukovych-ə qarşı bir neçə cinayət işi açılıb.

Hazırda Rusuyada yaşayan keçmiş presidentə qarşı 2013-2014-cü illərdə Maydan hərəkatı zamanı aksiyaçıların qətli, Ukraynanın ərazi bütövlüyü və toxunulmazlığına qarşı təcavüz, dövlətə xəyanət və təcavüzkar müharibə aparmaq kimi ittihamlar irəli sürülüb.

Keçmiş prezidentin 2014-cü ilin martında Rusiyanın Federasiya şurası və president Vladimir Putin administrasiyasına Ukrayna ərazisinə ordu yerdilməsi ilə bağlı göndərdiyi məktubun əksi əsas sübutlar arasındadır.

Bu ittihamlara görə ömürlük həbs cəzası nəzərdə tutulur.

Yanukovych ittihamları rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG