Sentyabrın 5-də BRICS liderləri Çinin Syamen şəhərində keçirilən sammitin son günündə beş kiçik ölkədən həmkarlarıyla görüşəcəklər.
Misir, Qvineya, Meksika, Tacikistan və Tailand liderlərini sammitə Çin dəvət edib. BRICS-ə Braziliya, Rusiya, Çin, Hindistan və Cənubi Afrika Respublikası daxildir.
Məqsəd BRICS təşkilatını genişləndirməkdir.
Bu qurum üzvləri dünyanın 25 faizindən artığını tuturlar, dünya əhalisinin 40 faizindən çoxu bu ərazidə yaşayır, qlobal ÜDM-nin 22.5 faizi onların payına düşür.
Sammitin sonuncu günündə Rusiya prezidenti Vladimir Putin-in meksikalı həmkarı Enrique Pena Nieto ilə görüşəcəyi gözlənir.