Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 21:34

Rusiyayla Çin Şimali Koreya böhranının dinc həllinə çağırır


Şimali Koreya hidrogen bombasının sınağını keçirdiyini deyir
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00

Şimali Koreya hidrogen bombasının sınağını keçirdiyini deyir

Rusiyayla Çin Şimali Koreya böhranının dinc və diplomatik həllinə çağırır. Bu arada BMT və müttəfiqləri Pxenyanın həftəsonu keçirdiyi nüvə sınağına görə daha güclü sanksiyalar tələb edir və hərbi cavab tədbirlərini götür-qoy edir.

«Regionda sülhün ciddi sınağa məruz qaldığını söyləsək, şişirtmiş olmarıq, bu çıxılmaz durumun heç vaxt olmayan qaynar mərhələyə çevrilmə təhlükəsi çox böyükdür», – Rusiyanın BMT-dəki səfiri Vassily Nebenzia sentyabrın 4-də BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında deyib.

Nebenzia bildirib ki, Pxenyanın özünün dediyi kimi, hidrogen bombasını partlatması və BMT-nin qətnamələrinə məhəl qoymaması ən sərt şəkildə pislənməlidir.

Ancaq o, sanksiyaların indiyədək məsələni həll edə bilmədiyini, dialoqa qayıtmağın vacibliyini vurğulayıb.

Kremlin sözçüsü Dmitry Peskov da məsələyə münasibət bildirib. Daha öncə ABŞ demişdi ki, Şimali Koreya «dava axtarır».

«Regiondan kənardakı ölkələr üçün «müharibə» sözünü işlətmək çox asandır. Ancaq Şimali Koreyayla eyni regionda yaşayanlar bu çox ciddi problemə yanaşmada daha müdrik və balanslı davranmalıdırlar», – Peskov deyib.

Rusiya və Çin Şimali Koreyayla həmsərhəddir.

Günün bütün mövzuları

XS
SM
MD
LG