Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 13:53

Prezident Cəlilabadda bir sıra obyektlərin açılışında olub


İlham Əliyev

Sentyabrın 2-si Azərbaycan prezidenti İlham Əliyev Cəlilabad rayonuna səfər edib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı Cəlilabad şəhərindəki keçmiş prezidentHeydər Əliyev parkında onun abidəsi önünə gül dəstəsi qoyub.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov parkda və ümumilikdə, rayonda görülən abadlıq-quruculuq işləri barədə prezident İlham Əliyevə məlumat verib.

Daha sonra dövlət başçısı Ələt-Astara-İran İslam Respublikasıdövlət sərhədi avtomobil yolunun 22,2 kilometrlik Lənkəran-Masallı hissəsinin açılışında iştirak edib.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülən işlər barədə məlumat verib.

O, bildirib ki, Ələt-Astara-İran İslam Respublikasıdövlət sərhədi avtomobil yolunun tikintisiAzərbaycan Hökuməti ilə Asiya İnkişaf Bankı arasında 2008-ci ildə imzalanmış saziş əsasında aparılır.

S.Məmmədovun deməsinə görə, yolun 22,2 kilometrlik Lənkəran-Masallı hissəsinin tikintisi yüksək keyfiyyətlə həyata keçirilib. 1B texniki dərəcəli və dörd hərəkət zolağından ibarət yolun eni 26,5 metrdir. Layihə çərçivəsində yol üzərində 10 körpü tikilib,142 dairəvi və düzbucaqlı boru inşa olunub, mal-qara keçidləri quraşdırılıb.

Prezident həmçinin Cəlilabadda bəzi obyektlərin açılışna qatılıb.

İlham Əliyev Cəlilaba rayonuna səfəri çərçivəsində “Günəşli-Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətin aqroparkında yaradılan şəraitlə tanış olub.

Bundan əvvəl isə “Avanqard” Məhdud Məsuliyyətli Cəmiyyətinin dənli və paxlalı bitkilərin təmizlənməsi, qablaşdırılması müəssisəsi istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev də müəssisənin açılışında iştirak edib.

Dövlət başçısına məlumat verilib ki, bu emal kompleksinin ümumi ərazisi 5 hektardır. Kompleksin tərkibinə taxıl anbarı, dəyirman, paxlalı bitkilər və un məmulatlarının qablaşdırılması zavodu daxildir.

Prezident, Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun əsaslı şəkildə yenidən qurulmasından sonra açılışında da iştirak edib. 20 min nəfər əhalinin yaşadığı 23 kəndi birləşdirən həmin yolun ümumi uzunluğu 21,2 kilometrdir.

Dövlət başçısı habelə, şəhərin içməli su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin istifadəyə verilməsi mərasiminə qatılıb.

Bu layihə çərçivəsində Cəlilabad şəhərinin 2030-cu ilə proqnozlaşdırılan 77 min nəfər əhalisini ekoloji təmiz içməli su ilə təmin etmək məqsədilə 11035 evin su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulması nəzərdə tutulub. Layihə çərçivəsində tikinti işlərinə 2012-ci ildə başlanıb və 2018-ci ilin birinci rübünə tam başa çatdırılması planlaşdırılır.

Bütün bunlardan əvvəl isə dövlət başçısı Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun 22,2 kilometrlik Lənkəran-Masallı hissəsinin açılışında iştirak etmişdi.

Prezident İlham Əliyev bu gün, sentyabrın 2-si Cəlilabada səfər etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG