Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:45

Regional qəzetdən 10 min manat tələb edilir


“Cənub xəbərləri” qəzeti

Bu gün, avqustun 30-da Masallı Rayon Məhkəməsində rayon sakini Rabit Quliyevin “Cənub xəbərləri” qəzetinə qarşı mülki iddiası üzrə proses başlayıb. İddiaçı regional qəzetdən 10 min manat təzminat tələb edir.

Cənub xəbərləri” qəzetində «Rayon məhkəməsinin hakimi Nemət Musayev Ali Məhkəmənin qərarını necə “ləğv edir?”» sərlövhəli məqalə dərc edilib. Məqalədə iki qonşunun uzun müddət apardığı həyətyanı sahə münaqişəsindən bəhs edilib. Mübahisə müxtəlif vaxtlarda məhkəmə predmeti də olub.

Buna da bax:​ 'Qəzet 11 səbəbə görə çıxmırdı...'

Məqalədə adı çəkilən təqaüdçü Rabit Quliyev Masallı Rayon məhkəməsinə müraciət edib. O, iddia edib ki, məqalədə onun şərəf və ləyaqətini ləkələyən məlumatlar yayılıb.

İddiaya hakim Anar Alməmmədovun sədrliyi ilə baxılır.

“Cənub xəbərləri” qəzetinin baş redaktoru Zahir Əmənov məhkəmədə çıxış edərək, iddianın heç bir əsasının olmadığını bildirib.

“Məqalədə söhbət həyətyanı sahə davası ilə bağlı verilmiş məhkəmə qərarlarından gedir. Bu mübahisəyə bir dəfə baxılmışdı, Ali Məhkəmə mübahisə tərəflərindən Zaman Nəzərovun xeyrinə qərar vermişdi. Ancaq Ali Məhkəmənin qərarı olsa da, bir müddət sonra Masallı Rayon Məhkəməsi işə yenidən baxıb. Ali Məhkəmədən fərqli olaraq R.Quliyevin xeyrinə qərar verib. Belə olan halda, məqalənin R.Quliyevə heç bir aidiyyatı yoxdur. O necə iddia edə bilər ki, şərəf və ləyaqətini ləkələyən məlumatlar yayılıb?”, - baş redaktor sual edib.

Buna da bax: Masallı boyda Kremençukda yerli qəzetin tirajı 150 mindir...

Baş redaktor həmçinin, vəkilləri Xalid AğaliyevElçin Sadıqovun hazırladığı iddia ərizəsinə etirazı da məhkəməyə təqdim edib.

Məhkəmə qısa müşavirədən sonra mübahisə predmeti olan məqalənin linqvistik ekspertizaya göndərilməsinə qərar verib.

Məhkəmə ekspertiza rəy verdikdən sonra davam etdiriləcək.

Cənub xəbərləri” azsaylı regional qəzetlərdəndir. Cənub rayonlarında yayılan həmin qəzet 2003-ci ilin fevralından bəzi vaxtlarda fasilələr verməklə dərc edilir. Qəzetin baş redaktoru Zahir Əmənovdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG