Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 20:13

Gözəl Bayramlı sol ayağına su yığıldığını deyib


Gözəl Bayramlı ev dustaqlığına buraxılmadı
Gözlə

No media source currently available

0:00 0:02:14 0:00

Gözəl Bayramlı ev dustaqlığına buraxılmadı

«Sol ayağıma su yığılıb. Həkimlər də deyir ki, həmin su kütləsi çəkilməlidir. Ancaq müalicə üçün heç bir addım atılmır».

Vəkillərinin deməsinə görə, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı deyib.

Bu gün, avqustun 30-da Bakı Apellyasiya Məhkəməsində onun şikayətinə baxılıb.

Nəsimi Rayon Məhkəməsi bir həftə əvvəl vəkillərinin G.Bayramlı barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi tələbini rədd etmişdi. Avqustun 30-u rayon məhkəməsinin həmin qərarından verilən şikayətə baxılıb. Məhkəmə iclası qapalı keçirilib. İclasda baş verənlər haqda siyasətçinin vəkili Elçin Sadıqov məlumat verib.

Vəkilin bildirdiyinə görə, G.Bayramlı səhhətindəki problemlərdən danışıb. Bütün ittihamların qurama olduğunu bildirən G.Bayramlı məhkəmədən ev dustaqlığına buraxılmasını istəyib.

Vəkilin deməsinə görə, öz çıxışında da bildirib ki, xanım siyasətçinin sağlıq durumunda ciddi problemlər var. Onun ev dustaqlığına buraxılmasından ötrü heç bir hüququ əngəl yoxdur.

Ancaq Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun sədrlik etdiyi məhkəmə heyəti şikayəti rədd edib.

E.Sadıqov məhkəmədən sonra iş üzrə yaxın günlərdə Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəklərini bildirib.

Bir müddət öncə G.Bayramlının cəza çəkdiyi 1 saylı Bakı İstintaq Təcridxanasının rəhbərliyi xanım siyasətçinin səhhəti ilə bağlı vəkillərinə məktub göndərmişdi. Orada isə G.Bayramlının bütün müayinələrdən keçdiyi, səhhətində ciddi problemlərin olmadığı vurğulanırdı.

XATIRLATMA

AXCP sədrinin müavini Gözəl Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Səbail Rayon Məhkəməsində onun barəsində ilkin olaraq üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Avqustun 17-də bu müddət daha iki ay uzadılıb.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur.

G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. Gürcüstana isə müalicə məqsədilə gedib. Son iki ildə Gürcüstanda üç dəfə əməliyyat olunub.

AXCP sədrinin müavininə verilən ittiham təsdiqlənərsə, onu 5 ilə kimi həbs gözləyir.

Cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG