Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 20:02

Senator Mehman Əliyevin azadlığını istəyir


Mehman Əliyev həbs edildi
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00

Mehman Əliyev həbs edildi

Amerika Birləşmiş Ştatlarında respublikaçı senator Marco Rubio «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin azadlığa buraxılmasını istəyir.

«Azərbaycan hökuməti görkəmli jurnalist Mehman Əliyevi dərhal azadlığa buraxmalıdır», - M.Rubio 2Mətbuat azadlığına təzyiqlərə yox!» heştaqının altında yazıb.

NORVEÇ XİN DƏ NARAHATLIQ İFADƏ EDİB

Norveç Xarici İşlər Nazirliyi (XİN) isə «Turan» İnformasiya Agentliyinin ətrafında yaranmış vəziyyətlə bağlı narahatlığını bildirib.

«İnformasiya agentliyinin ətrafında yaranmış vəziyyətdən, ümumilikdə Azərbaycanda mətbuat azadlığının vəziyyətindən çox narahatıq», - Norveç XİN-in Twitter səhifəsində dərc olunan məlumatda yazılır.

Məsələ ilə bağlı ABŞ Dövlət Departamenti, Fransa və Böyük Britaniya xarici işlər nazirliklərinin təmsilçiləri də açıqlama yayıb. Bundan başqa, Avropa Birliyi, Avropa Şurası və bir sıra nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri də M.Əliyevin həbsinə reaksiya veriblər. Bu açıqlamalarda baş verənlərlə bağlı narahatlıqlar dilə gətirilir və M.Əliyevin azadlığı istənilir.

XATIRLATMA

Avqustun 25-i Yasamal Rayon Məhkəməsinin qərarı ilə «Turan» İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb.

Vergilər Nazirliyi avqustun 8-də «Turan» agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.

Avqustun 17-də isə artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.

«Turan» İnformasiya Agentliyinin kollektivi bəyan edib ki, sentyabrın 1-dən fəaliyyətlərini qeyri-müəyyən bir vaxta kimi dayandırmaq məcburiyyətindədirlər.

Avqustun 28-də isə «Turan» İnformasiya Agentliyinin (İA) əməkdaşları Vergilər Nazirliyinin Vergi Cinayətləri İdarəsinə çağırılıblar. Verilən məlumata görə, əməkdaşlar «Turan» İA-ya qaldırılan cinayət işi ilə bağlı şahid qismində dindiriliblər.

Axşam saatlarında isə Vergi Cinayətləri İdarəsinin əməkdaşları agentliyin redaksiyasına gəlib. Onlara agentliyin əməkdaşlarının və vəkil Fuad Ağayevin iştirakı ilə «Turan» İA-nın son bir neçə illik maliyyə sənədləri təqdim edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG