Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Dekabr, bazar, Bakı vaxtı 12:58

Birbaşa müqavilələrə yamyaşıl işıq var?


Azərbaycan hesablama palatası

Hesablama Palatasının məlumatında 220 belə müqaviləyə toplam 830 milyon manat xərcləndiyi bildirilir

Yarım ildə büdcədən mal, iş və xidmətlərin satın alınmasına ayrılan vəsaitin 72 faizi birbaşa müqavilələrə xərclənib. Hesablama Palatasının məlumatında 220 belə müqavilə üzrə toplam 830 milyon manat xərcləndiyi bildirilir. Palata hansı dövlət təşkilatının hansı şirkətlə müqavilə bağlamaq istədiyini və neçə müqaviləyə rəsmi icazə verildiyini bildirmir.

AzadlıqRadiosu məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinə - bir mənbədən satınalma üsulunun tətbiqinə razılıq verməsi tələb olunan mərkəzi icra hakimiyyəti orqanına müraciət edib. Bu səlahiyyət quruma «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə dövlət başçısının 29 yanvar 2002-ci il tarixli fərmanı ilə verilib.
İnformasiya sorğusunda 2017-ci ilin yanvar-iyun aylarında bir mənbədən satınalma üsulu tətbiq edilmiş prosedurlar haqda məlumatların - bir mənbədən satınalma metodunun tətbiq olunduğu müqavilələrin siyahısı, o cümlədən sifarişçilər, mal göndərən (podratçı) təşkilatlar və tərəflər arasında bağlanmış hər bir müqavilənin dəyərinintəqdim olunması xahiş olunub.

Nazirlikdən maraqlı məsləhət

AzadlıqRadiosu nazirlikdən bir mənbədən satınalma metodunun tətbiqinə razılıq verilməyən dövlət qurumları, nəzərdə tutulan satınalmaların predmeti və razılığın verilməməsi üzrə əsaslara dair də məlumat istəyib.

Sorğuya cavabda İqtisadiyyat Nazirliyinin aparat rəhbərinin müavini Ayaz Əliyev «sorğuda göstərilən məsələlərin tam, ətraflı və mahiyyəti üzrə cavablandırılması»ndan örtü müvafiq satın alan təşkilatlara müraciət etməyi məsləhət görüb. Əsas kimi isə buna istinad olunub ki, satınalma metodunun seçilməsi, bir mənbədən satınalma üsulunun tətbiqi zamanı malgöndərənlərin (podratçıların) müəyyənləşdirilməsi satınalan təşkilatın səlahiyyətinə aiddir. Nazirlik bağlanmasına razılıq vermədiyi müqavilələr haqda suala isə cavab verməyib.

Buna da bax:"158 səhmdar cəmiyyət dövlətə cəmi 900 manat ödəyib"

Əliməmməd Nuriyev: «Bu, informasiya almaq hüququnun məhdudlaşdırılmasıdır»

Əlməmməd Nuriyev
Əlməmməd Nuriyev

Yerli qeyri-hökumət təşkilatı olan Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev İqtidasiyyat Nazirliyinin bu hərəkətini düzgün saymır: «İnformasiya əldə etmək haqqında» qanunun tələbinə görə, sorğunu onlar cavablandırmalıdırlar, çünkü ictimai maraq doğuran məlumatin sahibi həmin qurumdur. Qanunvericiliyin tələbinə əsasən, söhbət ictimai vəsaitlə bağlı satınalma müqavilələrindən getdiyindən, nazirlik sorğuya tam və dolğun cavab verməli idi».

Hesablama Palatasının parlamentə tövsiyəsi var

Hesablama Palatasında bir mənbədən satınalma metodundan istifadə şərtləri ilə bağlı «Dövlət satınalmaları haqqında» qanundakı norma və meyarların satınalan təşkilata tender keçirmədən birbaşa satınalma müqaviləsinin bağlanmasına geniş imkanlar açdığını düşünürlər. Bu halların aradan qaldırılması ilə bağlı Milli Məclisə təqdim olunan təkliflərdənsə (https://goo.gl/8ax2o2 ) hələ soraq yoxdur.

Palatanınnəzarət tədbirləri göstərir ki, satınalmaların bir mənbədən satınalma metodları ilə gerçəkləşdirilməsi üçün satınalan təşkilatlar tərəfindən «vaxtın məhdudluğu», «işlərin tez bir zamanda başa çatdırılmasının zəruriliyi», «işlərinin vacibliyi» kimi dəlillər əsas gətirilir. Onların müraciətləri müsbəthəll olunsa da, bəzi təşkilatlar həmin satınalmaların icrasına başlanma müddətini bir neçə ayadək uzadır. Bu səbəbdən Milli Məclisə hesabatlı olan Hesablama Palatası ona təklif edib ki, İqtisadiyyat Nazirliyinin təsdiqlədiyi satınalma metodlarının tətbiqi ilə malların (işlərin və xidmətlərin) satınalınma prosedurunun icrası üçün vaxt limitini müəyyənləşdirsin.

Azərbaycan hesablama palatası
Azərbaycan hesablama palatası

Palata bir başqa məsələyə də diqqət yönəldir. Bu, bir mənbədən satınalma metodundan istifadə şərtlərinin tətbiqinə zərurət yaranmasının əsaslandırılması ilə bağlıdır. Sifarişçi təşkilat bir mənbədən satınalma metodunu tətbiq etməkdən ötrü «Dövlət satınalmaları haqqında» qanunun müvafiq maddəsinə istinad edir, İqtisadiyyat Nazirliyi də müraciətdə göstərilənlərə istinad edərək bu metodun tətbiqini mümkün sayır.Palata təklif edir ki, satınalan təşkilat bir mənbədən satınalmanı zəriri etmiş halların yaranmasına dair məlumata və sorğu mənbələrinə istinad etsin, nazirliksə belə halları tənzimləyən qaydalar hazırlasın.

Buna da bax: "Vasif Talıbovun oğlunun şirkəti büdcə sifarişlərini müsabiqəsiz qazanır"

Qanunu pozanları cəza gözləyir

Cinayət Məcəlləsinə əsasən (maddə 308-2.1), satınalma prosedurları keçirilmədən bağlanmış müqavilələr əsasında dövlət vəsaitlərini xərcləmə və ya malların (işlərin) satın alınmasını açıq tender üsulu ilə həyata keçirilməli olduğu halda, digər satınalma metodlarından qanunsuz istifadə xeyli miqdarda ziyan vurduqdagünahkar şəxslər ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə ediləcəklər. Üstəlik, onlar üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum ediləcək, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə iki ilədək həbs cəzasına məhkum olunacaqlar.

Bu ilin mayında satınalmalara dair qanunvericiliyin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə də dəyişiklik edilib. Tender keçirmək əvəzinə, digər satınalma metodlarından qanunsuz istifadə etmiş vəzifəli şəxslər 3 min manatdan 6 min manatadək cərimə ödəməli olacaqlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG