Keçid linkləri

Təcili xəbərlər
2018, 22 May, çərşənbə axşamı, Bakı vaxtı 12:07

"Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) reytinqinə yenidən baxıb. Agentlik SOCAR-ın bütün dərəcələr üzrə reytinqini aşağı salıb.

“Moody’s”in bu gün, avqustun 24-də açıqlanmış press-relizində bildirilir ki, dərəcələr üzrə reytinq Ba1 səviyyəsindən Ba2 səviyyəsinə (spekulyativ xarakterli, əsaslı kredit riski) endirilib.

Agentliyin reytinqlər üzrə proqnozu sabitdir.

Buna da bax: ​'Moody’s' Azərbaycanın reytinqini endirib

«Moody’s” reytinqin aşağı salınması qərarının səbəblərinə də aydınlıq gətirib.

Agentliyin vitse-prezidenti Denis Perevezentsev vurğulayıb ki, qərarın arxasında şirkətin borclarının artmaqda davam etməsi, eyni zamanda yüksək həcmdə investisiya qoyuluşlarının zəif kreditlərə söykənməsi dayanır.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2016-cı ilin yekunlarına görə, 35.3 milyard manat maliyyə öhdəlikləri var. Bu barədə SOCAR-ın özünün yaydığı hesabatda bildirilirdi.

Ötən həftə isə “Moody`s” Azərbaycanın reytinqini aşağı salmışdı.

Buna da bax:​ SOCAR 'Gazprom' və 'Rosneft'lə danışıqlar aparıb

Reytinqlərin azaldılması Azərbaycanın iqtisadi gücünün zəifləməsi, neftin qiymətinin aşağı olması ilə izah edilmişdi.

İstehsalın azalması, bank sisteminin çox zəif olması da səbəblər sırasında göstərilirdi.

"Moody`s"in analitikləri hesab edir ki, 2017-ci ildə Azərbaycanın real ümumi daxili məhsulu (ÜDM) 1,5 faiz azalacaq. Agentliyin məlumatında həmçinin, Azərbaycanın ÜDM-nin 2016-cı ildə 4 faizə yaxın azaldığı yada salınır.

"Moody`s"dən öncə bu ay “Fitch” və “Standard and Poor’s” beynəlxalq reytinq agentlikləri də Azərbaycanın reytinqinə baxmışdı.

Buna da bax: Mərkəzi Bankın ehtiyatları ikiqat arta bilər - Standard&Poor's

“Fitch” Azərbaycanın uzunmüddətli defolt reytinqi BB+ səviyyəsində saxlayıb. Bu səviyyə olduqca zəif, “spekulyativ” hesab olunur. Azərbaycanla bağlı reytinq üzrə agentliyin proqnozu yenə də mənfidir.

“Standard and Poor’s isə Azərbaycanın uzunmüddətli, qısamüddətli xarici və milli valyutada reytinqini 'BB+/B' səviyyəsində saxlayıb. Bu səviyyə “spekulyativ”, yaxud “zibil” səviyyə sayılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG